Çingiz Abdullayev: "Yəqin Günel Mövlud Nobel mükafatı almaq istəyir" AÇIQLAMA
Yazıçı Günel Mövludun 26 fevral Xocalı soyqırımı günü "Hörmətli erməni xalqı" başlığı ilə ermənilərə məktub yazması artıq mətbuatda kifayət qədər səs-küy yaradıb. Məktubda ilk öncə özünün də Cəbrayıl rayonundan qaçqın düşdüyünü diqqətə çatdıran Günel Mövlud daha sonra ənənəvi mövqeyinə sadiq qalaraq Azərbaycan hakimiyyətinin ünvanına şər-böhtanlar səsləndirib. O, həmçinin ermənilərdən qarabağlı kimi üzr də istəyib.
Məsələ ilə bağlı olaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin fikirlərini öyrəndik. AYB sədri SİA-ya açıqlaması zamanı bunları deyib: "Mən bu insan haqda heç nə deməyəcəyəm. Hər yerindən qalxan yazıçının axmaq fikirləri qarabağlıların adından ermənilərə deyilə bilməz. Onu da deyim ki, hər kəs öz tərbiyəsini, qavradığı düşüncəni ortaya qoyur".
Yazıçı, publisist Çingiz Abdullayev də Günel Mövludun etiyi hərəkəti qınayıb: "Torpaqlarından didərgin düşən, öldürülən, əsir götürülən bizlərik. Adıçəkilən xanım isə günahkar kimi azərbaycanlıları görür. Yəqin ki, ermənilərin xalqımıza etdiyi müsibətlərə görə onlardan üzr istəyir. Yazıçı, jurnalist ermənilərin vəhşiliyinə görə düşməndən üzr istədi. Bu addımı heç cür anlamaq olmur. Fikirləşirəm ki, Günel Mövlud etdiyi bu addıma görə Nobel mükafatı almaq istəyir. Təbii ki, bu da mümkün deyil. Heç kəs onun səhv addıma görə mükafat verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB