Kinostudiyadan xalq artistinə 200 manat yardım olundu AÇIQLAMA

Kinostudiyadan xalq artistinə 200 manat yardım olundu AÇIQLAMA

Xalq artisti Ramiz Əzizbəyli reanimasiya və intensiv terapiya şöbəsindən palataya köçürülüb. Bu haqda SİA-ya xalq artistinin qızı Cəlalə Əzizbəyli məlumat verib: "Atam 5 gündür reanimasiyada idi. Şükürlər olun ki, atamın vəziyyəti müəyyən qədər düzəlib. Az da olsa danışır. Hazırda müalicəsi palatada davam etdirilir. Evə buraxılması isə hələlik bilinmir".

C. Əzizbəyli atasına "Azərbaycanfilm" kinostudiyasından da maddi baxımdan yardım edilmədiyini bildirib: "Hələlik heç kim maddi baxımdan bizə kömək etmir. Bir dəfə bizə 200 manat pul verilib. 200 manatdan sonra bizə heç bir yardım olunmayıb. Xəstəxananın xərcləri də yəqin ki, çoxlarına bəllidir. Bir sözlə, öz hesabımıza atam müalicə alır".

Qeyd edək ki, Ramiz Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə