Fevralın 27-dən etibarən Nizami Kino Mərkəzində türkiyəli rejissor Hakan Algülün "Eyvah Eyvah 3" filminin nümayişinə başlanacaq. SİA-nın verdiyi xəbərə göə, komediya janrında çəkilmiş bu film ilk seriyaları ilə tamaşaçılara tanışdır. Baş qəhrəman Hüseyn Badem atasını tapdıqdan sonra sevdiyi qız Müjganla evlənir. Sevincləri Müjganın hamiləlik xəbəri ilə daha da artır. Amma onların həyatları maddi çətinliklərlə mübarizə etməklə keçir. Hüseyn daha çox pul qazanmaq üçün gecələr küçələrdə klarnet çalır.
Bu müddətdə Hüseynin dostu olan Firuzan artıq tanınmış müğənni kimi şöhrət pillələrini qalxır. Yaxın dost olan bu iki insan yollarını ayırsalar da, yenidən eyni nöqtədə görüşürlər.
Qeyd edək ki, filmdə tanınmış aktyorlar Ata Demirer, Demet Akbağ, Özge Borak, Salih Kalyon, Tarık Ünlüoğlu, Ayşenil Şamlıoğlu, Serra Yılmaz, Meray Ülgen ilə macəralar yenidən davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB