“Rostropoviçin pedaqoji fəaliyyəti”

“Rostropoviçin pedaqoji fəaliyyəti”

Leopold və Mstislav Rostropoviçlərin ev- muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə "Rostropoviçin pedaqoji fəaliyyəti" adlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir violonçelist Leopold Rostropoviçin anadan omasının 122 illiyinə həsr olunur. Tədbirdə Bakı Musiqi Akademiyasının Respublika və Beynəlxalq müsabiqələr laureatları olan tələbələri konsert proqramı ilə çıxış edəcəklər. Həmçinin Leopold Rostropoviçin həyat və yaradıcılığını əks etdirən maraqlı slayd-şou və muzeyin zəngin fondunda saxlanan eksponatlardan ibarət sərgi nümayiş etdiriləcək.

Sərgidə Moskvanın E.F.Qnesinlər adına memorial ev muzeyindən və Sank-Peterburq şəhərində yerləşən M.Rostropoviçin arxivindən əldə olunmuş 20-ci əsrin əvvəllərinə aid nadir materiallar nümayiş olunacaq.

Qeyd edək ki, sərgi 28 fevral, saat 15:00-da L. və M. Rostropoviçlərin ev-muzeyində (L.və M.Rostropoviçlər küçəsi, 19) baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə