Bu günün tarixi

Miladi: 27 fevral 2014

Hicri: 27 rəbiul axir 1435

İlin 58-ci günü
İlin sonuna 307 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:08
Günəş – 07:17
Zöhr – 12:57
Əsr – 16:27
Məğrib – 18:43
İşa – 19:59

425 — İmperatriçə Atenais Odoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman verib.

1617 — Rus-İsveç müharibəsi rusların qələbəsi ilə başa çatıb.

1626 — Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib.

1700 — İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib.

1794 — Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər.

1800 — İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib.

1825 — Aleksandr Puşkinin "Yevgeniy Onegin" romanının ilk fəsli nəşr olunub.

1844 — Dominikan Respublikası müstəqillik əldə edib.

1899 — Birmada ilk dəmir yolu – Rangun-Mandalay açılıb.

1900 — "Bavariya" Münhen futbol klubu təşkil edilib.

1902 — Con Steynbek – Amerika yazıçısı, 1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (ö. 20 dekabr 1968).

1905 — Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib.

1928 — İsrailin baş naziri Ariel Şaron anadan olub.

1932 — Amerikan aktrisası Elizabet Teylor anadan olub.

1933 — Reyxstaq yandırılıb.

1936 — Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloqu İvan Pavlov vəfat edib.

1939 — Sovet lideri Leninin arvadı Nadejda Krupskaya vəfat edib.

1943 — ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub.

1945 — Ziya Bünyadova "Sovet İttifaqı Qəhrəmanı" adı verilib.

1948 — Çexoslovakiyada Kommunist Partiyası hakimiyyəti ələ alıb.

1952 — BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib.

1988 — İran və İraq arasında "şəhərlərin müharibəsi" yenidən başlayıb.

1988 — SSRİ xüsusi xidmət orqanları ilə əlbir olan ermənilər Sumqayıt şəhərində iğtişaş törədib. Bu vəhşilik aktı da Azərbaycan xalqının ayağına yazılıb.

1991 — Küveyt şəhəri İraq qoşunlarından azad olunub.

1992 — ATƏM-in (indiki ATƏT) Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

1998 — Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurub.

2003 — Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə