Bu günün tarixi

Miladi: 26 fevral 2014
Hicri: 26 rəbiul axir 1435

İlin 57-ci günü
İlin sonuna 308 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:12
Günəş – 07:22
Zöhr – 12:57
Əsr – 16:24
Məğrib – 18:39
İşa – 19:56

1797 — İngiltərə Bankı ilk funt sterlinqi tədavülə buraxıb.

1802 — Fransız yazıçı Viktor Hüqo anadan olub.

1815 — Napaleon Bonapart Elba adasından qaçıb.

1829 — "Mavi cins"in ixtiraçısı Oskar Levi Strauss anadan olub.

1870 — Nyu-York metrosu işə düşüb.

1905 — Qafqaz canişinliyi bərpa edilib.

1926 — Bakıda I Türkoloji qurultay işə başlayıb

1936 — Hitler Volfsburqda "Volkswagen" zavodunu təntənəli surətdə açıb.

1952 — Baş nazir Uinston Çörçil Böyük Britaniyanın atom bombasını istehsal etdiyini və sınaqların Avstraliya səhrasında keçiriləcəyini elan edib.

1954 — Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan anadan olub.

1959 – Bəstəkar jurnalist Rauf Məmmədov anadan olub.

1991 — Səddam Hüseyn Bağdad radiosu vasitəsilə İraq ordusunun Küveytdən çəkildiyini bildirib.

1992 - Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda soyqırımı törədib.

1992 — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun rəisi Əlif Hacıyev şəhid olub.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov şəhid olub.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov şəhid olub.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədov şəhid olub.

1992 - Azərbaycan Respublikası Banqladeş ilə diplomatik əlaqələr qurub.

1993 — Nyu-Yorkda yerləşən "World Trade Center"in altındakı avtoparkda bir yük maşınında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, mindən çox adam yaralanıb

1998 — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Yaponiyanın "MİTSUİ" Neft Şirkəti arasında pay bölgüsü haqqında Saziş imzalanıb.

2001 — Taliblər Əfqanıstanın Bamyan kəndindəki Budda heykəllərini məhv edib. Bu hadisə böyük diplomatik böhran yaradıb.

2003 — Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında "Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş" imzalanıb.

2004 — Boris Trajovski, Makedoniyanın prezidenti, Bosniya-Hersoqovinada təyyarə qəzası nəticəsində həlak olub.

2004 — ABŞ öz vətəndaşlarına 23 ildən bəri davam edən Liviyaya səyahət qadağasını ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə