“Xocalı -22” mövzusunda sərgi açılacaq

“Xocalı -22” mövzusunda sərgi açılacaq

Fevralın 26-da "Natəvan" qalereyasında "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə "Xocalı -22" mövzusunda sərgi açılacaq. SİA-nın məlumatına görə, sərgidə İntiqam Ağayevin, İmran Mehdiyevin, Ruslan Kovalyovun, Eldar Babazadənin, Vüqar Quliyevin, Nurbəniz Mərdiyevanın, Aydın Əsgərovun, Mirazər Abdullayevin, Dadaş Məmmədovun, tacik rəssamı İles Məmmədcanovun, fransalı fırça ustası Reno Baltzinqerin və başqalarının əsərləri nümayiş etdiriləcək və Xocalı faciəsinə həsr olunmuş açıqcalar təqdim olunacaq.

Qeyd edək ki, iki gün davam edəcək sərgiyə giriş sərbəstdir

Bütün xəbərlər Facebook səhifəmizdə