Əbülfəs Qarayev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə son görüşündə çox mühüm məsələlər barədə danışıldığını qeyd etmiş və ölkə başçısının ISESCO ilə Azərbaycan arasında əməkdaşlığa verdiyi önəmdən məmnunluğunu ifadə edib.
Nazir Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam ölkələri nazirlərinin 8-ci konfransında islam ölkələri arasında çoxşaxəli əməkdaşlığın İSESKO-nun fəaliyyətinə böyük tövhə verəcəyini bildirərək, mədəniyyət sahəsində strateji proqram və layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, görüşün sonunda may ayında Bakıda İSESKO ilə birlikdə mədəniyyətlərarası dialoqa xidmət edəcək layihələrin reallaşdırılması barədə razılığa gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB