Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin qurbanları yad ediləcəklər
Fevral ayının 26-sı, saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdiriləcək. Diskdə igid oğullarımızın son damla qanlarına kimi öz torpaqları uğrunda apardığı mübarizə, dinc əhaliyə tutulan ən ağılasığmaz divanlar, öz evlərindən, yurd-yuvalarından didərgin düşmüş əliyalın insanların yurd həsrəti, torpaq nisgili əks olunub.
Qeyd edək ki, tədbirdə həmçinin Xocalı faciəsinin şahidləri iştirak edərək başlarına gətirilən müsibətlərdən danışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB