Ədəbiyyatı Muzeyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Ədəbiyyatı Muzeyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, elm adamları, muzeyin əməkdaşları, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov açaraq Xocalı soyqırımının Azərbaycan xalqına göstərdiyi ağır nəticələrdən danışıb: "Xocalı faciəsi heç bir zaman bu xalqın yaddaşından silinməyəcək. Mən bu soyqırımda həyatlarını itirən insanları 1 dəqiqəlik sükutla yad edilməsinin tərəfdarı deyiləm. Çünki onun yerinə şəhidlərimiz haqda cəmiyyətə ətraflı məlumat verməyimiz daha yaxşıdır. Xocalı sakinlərini ermənilər vəhşiliklə qətlə yetiriblər. Onlarla sözhbət etdikdə isə faciənin şahidləri bir kəlmə belə danışa bilmirlər. Bunun səbəbi isə onların başlarına gətirilən müsibətlərdir".

Qeyd edək ki, sonda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov Xocalı soyqırımı ilə bağlı iki cildlik kitab təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə