Martın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında akademiyanın orta ixtisas məktəb-studiyasının şagirdlərinin və Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kollecinin tələbələrinin birgə konserti təqdim ediləcək. SİA-nın məlumatına görə, məktəb-studiyanın hazırladığı ikinci konsertdir.
Qeyd edək ki, konsertdən sonra Bakı şəhərinin aparıcı musiqi müəssisələrinin nümayəndələri ilə "Bir fincan çay ilə" adlı "dəyirmi masa" keçirilməsi planlaşdırılır. "Dəyirmi masa"da musiqi təhsili ilə bağlı problemlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB