Azərbaycanın xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəylinin səhhəti ağırlaşıb. Bu haqda SİA-ya xalq artistinin qızı məlumat verib: "Atamın sağlıq durumu düzəlməyib. Həkimlər vəziyyətinin çox ağır olduğunu söyləyirlər. Artıq 3-cü dəfədir ki, insult keçirib. Hazırda atam reanimasiyadadır. Hər yerdə belə bir xəbər yayılıb ki, atama Mədəniyyət və Turizm Nazirliyindən maddi yardım ayrılıb. Ancaq bu məlumat tamamilə yalnışdır. Bütün xərclər öz hesabımızdan ödənilir".
Həqiqətən də bu xəbərin doğru və ya yalan olmasını dəqiqləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovla əlaqə saxladıq. O, əməkdaşımıza bunları dedi: "Mən bildiyimə görə, kinostudiyanın rəhbərliyi Ramiz müəllimin ailəsi ilə əlaqə saxlamalı idi. Allah şəfasını versin. İnşaallah yaxşı olar".
Qeyd edək ki, Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi imkansızlıqdan evində müalicə alırdı. Hazırda xalq artistinə heç kəs maddi dəstək vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB