Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycanın ictimai fikirlərin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş "Milli İstiqlal və Turan aşiqi" adlı dəyirmi masa və sərgi təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, tədqiqatçı Azər Turan, Əli bəy Hüseynzadə irsinin ilk tədqiqatçısı Ofeliya Bayramlının oğlu, Suraxanı İcra Hakimiyyətinin nümayəndəsi Etibar Yolçuyev, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli nümayəndəsinin ailə üzvləri, tarixçilər, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq Əli bəy Hüseynzadənin həyatı və fəaliyyəti haqqında geniş məlumat verib: "Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb. Qəzet səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb".
Qeyd edək ki, tədbirin sonunda Əli bəy Hüseynzadəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB