Görkəmli pianoçu, bəstəkar, caz-muğam janrının banisi, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş konsert-tamaşa keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri ilə Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdikləri layihə çərçivəsində təşkil olunacaq.
Konsertdə Vaqif Mustafazadə adına "Sevil" vokal instrumental ansamblı və Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin nəzdində fəaliyyət göstərən "Cazz Bənd" qrupu çıxış edəcəklər.
Qeyd edək ki, tədbir fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB