“Mən də varam” mövzusunda sərgi keçiriləcək

“Mən də varam” mövzusunda sərgi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə mart ayında Sumqayıt Şəhər Rəsm Qalereyasında "Mən də varam" mövzusunda sərgi keçiriləcək. SİA-nın məlumatına görə, sərgidə Sumqayıtın orta məktəblərində inklüziv təhsil alan 50-dən artıq şagirdin əl işləri və rəsm əsərləri nümayiş olunacaq.

Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılmasıdır.

Nəzərinizə çatdıraq ki, tədbir inklüziv təhsil alan gənclərin əl işlərinin, bacarıqlarının üzə çıxarılmasına, onların stimullaşdırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sosial adaptasiyasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə