Bu günün tarixi

Miladi: 21 fevral 2014
Hicri: 21 rəbiul axir 1435

İlin 52-ci günü
İlin sonuna 313 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:16
Günəş – 07:26
Zöhr – 12:58
Əsr – 16:21
Məğrib – 18:36
İşa – 19:53

1677-ci ildə Filosof Benedikt Spinoza vəfat edib.

1848-ci ildə "Kommunist partiyasının manifesti" nəşr edilib.

1895-ci ildə Məşhur sovet şərqşünası Yevgeni Belyayev dünyaya gəlib.

1916-cı ildə Birinci Dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Tarixçilər bu hadisəni "Verden cəhənnəmi" adlandırırlar.

1920-ci ildə SSRİ-də "QOELRO" planı qəbul edilib.

1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Böyükağa Mirzəzadə (1921-2007) anadan olub.

1921-ci ildə Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başlayıb. Qurultay 23 dekabrda başa çatıb.

1955-ci ildə Azərbaycan tarzəni Elxan Mansurov dünyaya gəlib.

1973-cü ildə Laosda müharibə başa çatıb.

1976-cı ildə İlk "VAZ 2106" avtomobili konveyerdən çıxıb.

1984-cü ildə Sovet yazıçısı Mixail Şoloxov vəfat edib.

1992-ci ildə Azərbaycan Respublikası Fransa ilə diplomatik əlaqələr qurub.

1992-ci ildə Azərbaycan Respublikası Polşa ilə diplomatik əlaqələr qurub.

1994 - Azərbayacan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.

1996 - Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbayjanda Hüquq İslahatları Komissiyası yaradılıb. Komissiyada qısa müddətdə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı və parlamentdə qəbul olundu.

1997 - Şərqşunas və tarixçi, Sovet İttifaqı qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ziya Bünyadov vəfat edib.

1998-ci ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb.

2001-ci ildə Bakıda TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ofisi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə