Bu gün görkəmli Azərbaycan bəstəkarı, Sosialits Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət Mükafatları Laureatı Fikrət Əmirovun vəfatının 30-cu ildönümünü yad etmək məqsədilə bəstəkarın ailə üzvləri, görkəmli musiqi xadimləri, bəstəkarlar, musiqişünaslar onun Fəxri Xiyabanındakı məzarını ziyarət edib, məzarına əklil qoyublar. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Axərbaycan Bəstəkarlar İttifaqının Sədri xalq artisti, professor Firəngiz Əlizadə F.Əmirovun həyat və yaradıcılığı haqqında çıxış edərək onun ünvanına xoş sözlər söyləyib.
Fikrət Əmirov sənətinin dünyada hörmətlə qəbul olunduğunu qeyd edən F.Əlizadə bidirib ki, bu günlərdə Belarusun paytaxtı Minsk də onun məşhur "Min bir gecə" baletinin premyerası böyük müvəfəqiyyətlə baş tutub.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibliyində F. Əmirovun oğlu, tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirovla görüş keçirilib. Bu görüşə görə təşəkkürünü bildirən Cəmil Əmirov bildirib ki, atasının hələ də ifa olunmamış əsərlərinin əlyazma notlarını qoruyub saxlayır. O, bu əsərlərin ifa olunması və F. Əmirovun külliyatının çap olunması ilə bağlı arzusunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB