Jurnalistlər "Pompey"in fəlakətli dünyasında

Jurnalistlər "Pompey"in fəlakətli dünyasında

Rejissor Pol U. Andersonun "Pompey" fəlakət filmini Azərbaycanda həmişə olduğu kimi, ilk olaraq jurnalistlər izlədilər. SİA-nın xəbərinə görə, Metropark-dakı Park Cinema kinoteatrında dünya premyerası ilə bir gün də baş tutan filmin jurnalistlər üçün nümayişi təşkil olunub.

130 mln. dollarlıq büdcəsi olan filmin baş rollarında Kit Herinqton, Emili Brauninq, Kifer Sazerlend, Cared Harris, Kerri-Enn Moss, Adevale Akkinuoye-Aqbadce və başqaları çəkilib.

Filmin süjet xətti belədir: Milon adlı qul azad olacağını və sahibinin qızı Kassiya ilə evlənəcəyini xəyal edir. Lakin çox keçmir ki, o Kassiyanın pula düşkün və korrupsiyaya qurşanmış Roma senatoruna vəd olunduğunu öyrənir. Miolonun özünü isə Neapolda yaşayan başqa bir əsilzadəyə satırlar. Vezuviy püskürməyə başlayan kimi Milon öz məhəbbətini və amfiteatrda tələyə düşmüş ən yaxın dostunu-qladiatoru azad etmək üçün Pompeyə geri qayıdır.

Filmin nümayiş cədvəli və treyleri ilə www.prkcinema.az saytında tanış olmaq olar.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə