Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev fevral ayının 21-də saat 11:00-da Xaçmaz şəhər Tarix-diyarşünaslıq muzeyində (Heydər Əliyev prospekti,7) Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər(rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.
1. Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsi - Nazim Ağayev, (02332) 5-22-73, (050) 315-58-81
2. Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi - Söhrab Əmrahov, (02333) 5-33-00, (070) 521 18 15
3. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsi - David İbramxəlilov, (02338) 5-48-56, (050) 631-52-36
4. Şabran Rayon Mədəniyyət və Turizm Şöbəsi - Əhməd Səmədov, (02335) 3-45-09, (070) 206-96-30
5. Siyəzən Rayon Mədəniyyət və Turizm Şöbəsi - Nigar Qəniyeva, (02330) 4-05-52, (050) 593-78-77.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB