“Sənə inanıram” serialını izləyənlərə şad xəbər

“Sənə inanıram” serialını izləyənlərə şad xəbər

Qısa müddət bundan öncə xəbər vermişdik ki, hər kəsin sevərək izlədiyi "Sənə inanıram" serialının çəkilişləri yekunlaşıb. Ancaq aldığımız son məlumata görə, sözügedən seriala daha 10 bölüm də əlavə ediləcək. Bu haqda SİA-ya "Sənə inanıram" serialının baş rol ifaçısı Ruslan Sabirli məlumat verib: "Bildiyiniz kimi, "Sənə inanıram" serialı 24 bölümdən ibarət olmalı idi. Artıq çəkilişlərin də yekunlaşdığını demişdik. Ancaq serialımız yüksək reytinq topladığı üçün 10 bölümü də çəkməyi sifariş ediblər. Bir sözlə, sözügedən serialı davamlı izləyən tamaşaçılara demək istəyirəm ki, narahat olmasınlar, sevdiyiniz serial daha 10 bölüm də çəkilib, sizin ixtiyarınıza veriləcək".

Qeyd edək ki, "Sənə inanıram" serialı hər həftənin bazar ertəsi saat 22:30-da Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə