Əliağa Vahidin xatirəsi yad edilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə görkəmli qəzəlxan şair Əliağa Vahidin anadan olmasının 119-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, İçərişəhərdəki "Vahid bağı"da keçirilən tədbirin iştirakçıları əvvəlcə görkəmli ədibin abidəsi önünə gül dəstələri düzüblər.

Mərasimdə Əliağa Vahidin yaradıcılığından danışılmış, qəzəllərindən nümunələr söylənilib.

Nəzərinizə çatdıraq ki, Sabunçu rayonundakı Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbin şagirdləri ədibin satiralarından ibarət səhnəciklər göstərmiş, qəzəllərindən parçalar səsləndiriblər.

Qeyd edək ki, Bülbül adına orta ixtisas musiqi məktəbinin və 6 nömrəli gimyaziyanın şagirdləri Ə.Vahidin qəzəlləri əsasında yazılmış muğam, mahnı və kompozisiyalar ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə