“Sənətkarın taleyi”

Elçinin "Sənətkarın taleyi" pyesi əsasında səhnələşdirilən tamaşa təqdim edəcək. SİA-nın məlumatına görə, rolları xalq artistləri Ramiz Novruz (Qubernator), Şükufə Yusupova (Qrafinya), əməkdar artistlər Firdovsi Atakişiyev (Ərəblinski), Cəfər Namiq Kamal (Poloni), Elşən Cəbrayılov (Yaqo), Ayşad Məmmədov (Bığlı artist), Hicran Nəsirova (Bibi), Əsgər Məmmədoğlu (Molla), Mirzə Ağabəyli (Baqqal), Əjdər Həmidov (Məmur) və başqaları ifa edirlər.

Qeyd edək ki, tamaşa 20 fevral, saat 19:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə