"Qisas almadan ölmə. keçmişdən məktublar" bədii filminin təqdimatı keçirilib FOTO

"Qisas almadan ölmə. keçmişdən məktublar" bədii filminin təqdimatı keçirilib FOTO

Bu gün Nizami Kino Mərkəzində "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq Artisti Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail).

Ssenari müəllifi və rejissoru xalq artisti Mir-Qasım olan bu ekran əsəri "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.

Film "didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır.

Filmdə Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə