Çəkiliş qrupu “Eurovision-2014”ün keçiriləcəyi məkana köçəcək

Çəkiliş qrupu “Eurovision-2014”ün keçiriləcəyi məkana köçəcək

Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsi ilə əlaqədar bu ölkənin ictimai yayımçısının (DR) çəkiliş qrupu mart ayında Rifşelonun "B&W Hallerne" arenasına köçəcək. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, tamaşaçı zalında 10000 nəfərin şounu izləmək imkanı olacaq. Tezliklə səhnədə müvafiq avadanlıq quraşdırılacaq.
Yeməkxana və akkreditasiya mərkəzi ilə yanaşı, geyim və qrim otağı da tikiləcək. Mətbuat mərkəzində 2000 jurnalistin çalışması üçün imkan yaradılacaq.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə