“Cız-bız” tamaşası

Gülüş günü münasibətilə parodiyalardan ibarət "Cız-bız" tamaşası göstəriləcək. SİA-nın məlumatına görə, xoşbəxt biletin sahibi olacaq bir tamaşaçı paytaxtın ən yaxşı restoranlarının birində pulsuz cız-bız yemək şansı qazanacaq.

Qeyd edək ki, "Cız-bız" tamaşası aprelin 1-i, saat 19:00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə