Bu günün tarixi

Miladi: 17 fevral 2014
Hicri: 17 rəbiul axir 1435

İlin 48-ci günü
İlin sonuna 317 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:21
Günəş – 07:31
Zöhr – 12:58
Əsr – 16:17
Məğrib – 18:31
İşa – 19:48

1600-cü ildə İtalyan alim Cordano Bruno edam edilib.

1673-cü ildə Fransız dramaturq Molyer vəfat edib.

1798-ci ildə Fransız alim, Kont "sosiologiya" termininin müəllifi Oqüst Kont dünyaya gəlib.

1854-cü ildə Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan Çəhrayı Respublikanın (indiki Cənubi Afrika Respublikası) müstəqilliyini tanıyıb. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət idi.

1856-cı ildə alman mütəfəkkiri və şair Henrix Heyne vəfat edib.

1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib.

1880-ci ildə Rusiya çarı II Aleksandra sayca beşinci sui-qəsd cəhdi olub, "xalqçı" Stepan Xalturinin təşkil etdiyi terror nəticəsində Qış sarayında böyük partlayış baş versə də, çara zərər dəyməyib.

1926-cı ildə Xalq artisti Sofiya Hüseynova dünyaya gəlib.

1942-ci ildə qarmon çalan Kor Əhəd vəfat edib.

1947-ci ildə "Amerikanın səsi" radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlayıb.

1957-ci ildə Türk ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib.

1972-ci ildə Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub.

1979-cu ildə Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal edib.

1981-ci ildə Amerikan fotomodel və aktrisa Paris Hilton dünyaya gəlib.

1982-ci ildə Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olub.

1983-cü ildə "ADA" proqramlaşdırma dili meydana çıxıb

1991-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi şair Mədinə Gülgün vəfat edib.

1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunub.

1993-cü ildə Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb.

1994-cü ildə Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.

2002-ci ildə Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub.

2008-ci ildə Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib

2008-ci ildə türk musiqiçi və teatr aktyoru Ayseli Güreli vəfat edib.

2009-cu ildə Amerikalı ermənişünas alim Ronald Suninin "Erməni xalqı: qədim dövrdən bu günə kimi" kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub.

2009-cu ildə türk teatr aktyoru Qəzənfər Özcan vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə