Danimarkanın ictimai yayımçısının çəkiliş qrupu tezliklə “Eurovision-2014” mahnı müsabiqəsinin keçiriləcəyi məkana köçəcək
Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsi ilə əlaqədar bu ölkənin ictimai yayımçısının (DR) çəkiliş qrupu mart ayında Rifşelonun "B&W Hallerne" arenasına köçəcək.
Tamaşaçı zalında 10000 nəfərin şounu izləmək imkanı olacaqdır. Tezliklə səhnədə müvafiq avadanlıq quraşdırılacaq.
Yeməkxana və akkreditasiya mərkəzi ilə yanaşı, geyim və qrim otağı da tikiləcək. Mətbuat mərkəzində 2000 jurnalistin çalışması üçün imkan yaradılacaq.
"Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB