İlin fotosu müəyyən edildi

Afrika mühacirlərinin foto şəkili "World Press Photo" müsabiqəsində ilin fotosu sayılıb. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, Amerika fotoqrafı Con Stenmeyerin çəkdiyi şəkildə kişilər Cibuti çimərliyində mobil telefon tutduqları əllərini göyə uzadıblar. Bununla onlar qonşu Somalidən gələn ucuz telefon siqnalını tutmağa çalışırlar.

"Bunlar sadəcə öz yaxınlarına zəng etmək istəyən insanlardır", - deyə fotoqraf bildirib.

Qeyd edək ki, yaxşı həyata can atan minlərlə afrikalı bu yolla Avropaya və Yaxın Şərqə getməyə çalışırlar, yüzlərlə insan yolda ölür.

Bütün xəbərlər Facebook səhifəmizdə