Bu günün tarixi

Miladi: 15 fevral 2014

Hicri: 15 rəbiul axir 1435

İlin 46-cı günü
İlin sonuna 319 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:24
Günəş – 07:34
Zöhr – 12:58
Əsr – 16:15
Məğrib – 18:29
İşa – 19:46

1564-cü ildə italyan alim, müasir fizika və astronomiya elmlərinin banisi Qalileo Qaliley dünyaya gəlib.

1848-ci ildə Londonda Karl Marks və Fridrix Engelsin birgə yazdığı "Kommunist Partiyasının Manifesti" əsəri çapdan çıxıb.

1896-cı ildə məşhur neftçi Ağa Nematulla dünyaya gəlib.

1906-cı ildə tatar şair, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil anadan olub.

1922-ci ildə Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılıb, II Dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlayıb.

1933-cü ildə Terrorçu Cüzeppe Zinqara ABŞ-ın yenicə seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi edib.

1934-cü ildə Akademik Arif Paşayev dünyaya gəlib.

1946-cı ildə Xalq artisti Əliabbas Qədirov anadan olub.

1974-cü ildə Yaxın Şərqdə növbəti müharibə başlayıb, müharibənin gedişində İsrail qüvvələri Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini işğal edib.

1989-cu ildə SSRİ-nin "məhdud hərbi kontingenti"nin Əfqanıstandan çıxarılması prosesi başa çatıb.

1997-ci ildə ABŞ ATƏT-in Minsk qrupuna həmsədr qəbul olunub.

1999-cu ildə PKK terror təşkilatının lideri Abdullah Öcalan həbs olunub.

2005-ci ildə Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə