Rəsm əsəri 69,3 milyon dollara satılıb

Rəsm əsəri 69,3 milyon dollara satılıb

Böyük Britaniyanın dünya şöhrətli mütəfəkkiri, ensiklopedik biliyə malik şəxsiyyət Frensis Bekonun "Corc Dayerin danışan portreti" (Portrait of George Dyer Talking) adlı rəsm əsəri Londonun "Christies" auksionunda rekord qiymətə satılıb.
Rəsm əsəri auksionda 69,3 milyon dollara qiymətləndirilib. Bu, Avropanın ticarət auksionlarında ən yüksək qiymətə satılan rəsm əsəri kimi qeydə alınıb. Adı çəkilən əsər ilk dəfə 1966-cı ildə Parisdə auksiona çıxarılıb.
Rəssamın digər əsəri olan "Study for a Portrait" isə 4,3 milyon dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə