Macarıstanın "Eurovision-2014" mahnı müsabiqəsi üzrə milli seçimi davam edir. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 15-16-da bu ölkənin milli seçim turunun müvafiq olaraq birinci və ikinci yarımfinalları keçiriləcək.
Yarımfinalların hər birində ayrı-ayrılıqda 8 nəfər olmaqla, ümumilikdə 16 nəfər iştirak edəcək. Hər yarımfinaldan iki nəfər münsiflər heyətinin qiymətləndirməsi, ikisi isə telesəsvermənin əsasında seçilərək final mərhələsinə keçiriləcək. Beləliklə, fevralın 22-də keçiriləcək final mərhələsində 8 nəfər mübarizə aparacaq.
Nəzərinizə çatdıraq ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Qeyd edək ki, Macarıstan təmsilçisi yarışmanın mayın 6-da baş tutacaq birinci yarımfinalında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB