Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Fəxri ad alanlar içərisində aktyor Elxan Abbasov da olub.
Aktyor təəssüratlarını SİA ilə bölüşüb: "1992-ci ildən təyinatla Gəncə teatrına gəlmişəm. O zamandan burada çalışıram. Bununla yanaşı seriallara da dəvət alıb, iştirak edirəm. Gəncəyə və buradakı aktyorlara göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyəti başcısı Elmar Vəliyevə öz adımdan və teatrımızın kollektivi adından təşəkkürümü bildirirəm. Mən "Əməkdar artist" adına layiq görüldüyüm üçün özümü xoşbəxt aktyorlardan hesab edirəm. Sevinirəm ki, həmkarlarım da mənim sevincimə şərik oldular. Deyə bilərəm ki, təkcə Gəncə teatrında çalışan aktyorlarımız deyil, Bakı teatrının aktyorları da tək-tək zəng edib məni təbrik etdilər. Onu da deyim ki, hələ də təbriklərin ardı-arası kəsilmir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB