Bu günün tarixi

Miladi: 14 fevral 2014
Hicri: 14 rəbiul axir 1435

İlin 45-cü günü
İlin sonuna 320 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:25
Günəş – 07:35
Zöhr – 12:58
Əsr – 16:14
Məğrib – 18:28
İşa – 19:45

842- Frank kralı Böyük Karlın 2 oğlu öz aralarında böyük qardaşlarına qarşı "Strasburq məramnaməsi" bağlayırlar. Bu həm də fransız dilində ilk yazılı mənbə hesab edilir.

1483- Moğol hökmdarı Babur anadan olub.

1779- İngilis səyyah Ceyms Kuk Havay adalarında öldürülüb.

1869- Nadejda Kanstatinovna Krupskaya dünyaya gəlib.

1946- Pensilvaniya universitetində ilk ümumi təyinatlı kompüterin (ENIAC - Electronic Numerical Integrator and Computer) təqdimatı keçirilib.

1949- İsrail parlamentinin (Knesset) ilk iclası keçirilib.

1956- Bakıda telestudiya işə düşüb.

1961- 103-cü kimyəvi element – lourensium sintez edilib.

1978- Texasda ilk çip kart patentləşdirilib.

1989- İmam Xomeyni "Şeytan ayələri" kitabının müəllifi Salman Rüşdinin öldürülməsinə dair fətva verib.

1992- Azərbaycan hərbi hava qüvvələri yaradılıb.

1992- MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanıb.

2002- Bəhreyndə rəsmi olaraq konstitusiyalı monarxiya bərqərar edilib.

2002- Ukrayna və Azərbaycan arasında vizasız gediş gəliş haqqında saziş imzalanıb.

2003- Klonlama yolu ilə dünyaya gələn Dolli adlı qoyun ölüb.

2005- Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə