Tanınmış yazıçı Elçin Hüseynbəylinin dörd romanı "Qələm" nəşriyyatında təkrar nəşr olunub. SİA-nın məlumatına görə, ayrı-ayrı nəşr edilmiş bu əsərlər "Balıq adam", "Aişə", "Yovşan qağayılar" və "Metro vadisi" kitablarıdır.
Yeni dizaynda, nəfis tərtib edilmiş kitablardakı romanlar təhkiyə üslubunda qələmə alınmış modern əsərlərdir. "Aişə" romanı "Tut ağacı boyunca" xalq mahnısının motivləri əsasında yazılıb. "Metro vadisi"ndə müəllif oxucunu "qadın ərini, yoxsa qardaşını sevməlidir" dilemması qarşısında qoyur.
"Balıq adam"ın qəhrəmanı hamı kimi olmadığı üçün sınağa çəkilir və əsərdə nağıllardan fərqli olaraq şər qüvvələr qalib gəlir. "Yovşan qağayılar"da insan yaddaşı qabardılır. Yüz illik dövrü əhatə edən hadisələr bu gün də aktualdır.
Qeyd edək ki, oxucuların tələbatını nəzərə alaraq "Qələm" nəşriyyatında yazıçının son iki ildə 9 kitabı nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB