Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstan Respublikası iqtisadiyyat və energetika naziri Draqomir Stoynev və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Bolqarıstan Respublikası İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndə heyəti ilə yanaşı Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Maya Hristova da iştirak edib.
Nazir Draqomir Stoynev ölkəsinin turizm sahəsinə cavabdeh olduğundan görüş zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq münasibətləri, bu sahədə əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, info turların təşkili və digər məsələlər müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Bolqarıstan ölkə başçılarının məqsədyönlü və uğurlu siyasətləri nəticəsində iki ölkə arasında formalaşmış əməkdaşlıq turizm sahəsində də perspektivli layihələrin həyata keçirilməsinə imkanlar açıb.
Qeyd edək ki, sonda gələcəkdə turizm sahəsində yeni sazişin imzalanması və onun təfərrüatları barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB