Bu günün tarixi

Miladi: 13 fevral 2014
Hicri: 13 rəbiul axir 1435

İlin 44-cü günü
İlin sonuna 321 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:26
Günəş – 07:36
Zöhr – 12:58
Əsr – 16:13
Məğrib – 18:27
İşa – 19:44

1258-ci ldə Hülakü xan Bağdadın işğalını başa çatdırıb, Abbasilər xilafəti süqut edib.

1745-ci ldə Nadir şah Şəkiyə ikinci dəfə hücum edib.

1766 — ingilis iqtisadçı, demoqraf Tomas Maltus anadan olub.

1769 —Rus təmsil ustası Krılov anadan olub.

1894 —Lümyer qardaşları kinoproyektoru patentləşdirib.

1903 —Belçikalı detektiv yazıçı Jorj Simenon anadan olub.

1905 —Bakıda müvəqqəti general qubernatorluq yaradılıb.

1920 —İsveçrə Millətlər Cəmiyyətinə üzv olub və ölkənin daimi neytrallığı tanınıb.

1945- Sovet ordusu Budapeşti faşist qoşunlarından təmizləyib.

1946- Aktyor Əliabbas Qədirov anadan olub.

1960- Fransa Böyük Səhrada ilk atom sınağını keçirib.

1974- Dissident Aleksandr Soljenitsın sovet vətəndaşlığından məhrum edilərək ölkədən qovulub.

1975- Şimali Kipr Federativ dövləti təşkil edilib.

1984- Konstantin Çernenko Sov İKP-nin baş katibi seçilib.

1988- Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb.

1990 - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbayjanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ji il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib. Bu, erməni tərəfin Qarabağla bağlı tarixi təftiş etmək cəhdlərinin bir nümunəsi idi.

1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Çexoslovakiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Bu missiyanın nəticəsi olaraq ATƏT-in Minsk qrupu yarandı.

1993 — Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurub.

1993 — H.O.S.T. ALLİANCE (http://az.wikipedia.org/wiki/H.O.S.T) yaranıb.

2004- Çeçen lider Zəlimxan Yandarbiyev Qətərdə qətlə yetirilib.

2009 — Azərbaycanlı şair, dramaturq, alim, publisist, ictimai xadim, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə vəfat edib.

2010-cu ldə Qazaxıstan xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Sudabayevin Cənubi Qafqaza rəsmi səfəri başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə