Di Di Bricuoter: “Bakı indiyədək olduğum şəhərlərin ən gözəlidir

Di Di Bricuoter: “Bakı indiyədək olduğum şəhərlərin ən gözəlidir

Bakı indiyədək olduğum şəhərlərin ən gözəlidir. Burada gördüyüm hər şey məndə unudulmaz təəssürat oyatdı. Məmnuniyyətlə ölkənizə yenidən gələrdim. Bu sözləri məşhur caz ifaçısı, üçqat "Qremmi", həmçinin "Toni" mükafatları laureatı Di Di Bricuoter Heydər Əliyev mərkəzində verdiyi konsertdən sonra jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, konsert müddətində auditoriya ilə onun arasında gözəl bir ünsiyyət yaranmışdır. Sizin tamaşaçıların gözəl musiqi duyumu var. Şəhəriniz çox gözəldir, xüsusilə gecələr paytaxtınızın işıqları onu daha da füsunkar edir. Heydər Əliyev Mərkəzi isə indiyədək olduğum məkanların ən gözəlidir. İnsanlarınız çox mehribandırlar. Belə bir ölkə ilə fəxr etməyə dəyər.

Di Di Bricuoter 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları müddətində yenidən Azərbaycanda olmaq arzusunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə