İsveçin “Eurovision” mahnı müsabiqəsi üzrə ilk təmsilçisi vəfat edib

İsveçin “Eurovision” mahnı müsabiqəsi üzrə ilk təmsilçisi vəfat edib

İsveçin "Eurovision" mahnı müsabiqəsi üzrə ilk təmsilçisi Elis Bobs 90 yaşında vəfat edib. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 1958-ci ildə Niderlandın Hilversum şəhərində keçirilən yarışmada ilk dəfə iştirak edən İsveçi Elis Bobs "Lilla stjärna" ("Balaca ulduz") mahnısı ilə təmsil edib.

Qeyd edək ki, həmin il İsveç müsabiqədə 4-cü yerə çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə