Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova solo konsert verəcək. SİA-nın məlumatına görə, xanəndə dünyanın bir çox ölkələrində Alim Qasımovla birgə konsert proqramı ilə çıxış edib.
Nəzərinizə çatdıraq ki, Fərqanə Qasımova 1996-cı ildən atası ilə birlikdə səhnəyə çıxır və konsertlərdə iştirak edir.
Qeyd edək ki, konsert fevralın 28-i saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 15-100 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB