Fevralın 20-dən 25-dək "28 Cinema"da "Mosfilm" həftəsi keçiriləcək. SİA-nın məlumatına görə, film həftəsi "Mosfilm" kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaq.
"Mosfilm"in istehsalı olan ekran əsərləri ilk dəfə "28 Cinema"da böyük ekranda nümayiş etdiriləcək.
"Mosfilm" həftəsinin proqramına əsasən fevralın 20-də "28 Cinema"nın 3 nömrəli zalında mətbuat konfransı keçiriləcək.
Sonra isə kinoteatrın 5 nömrəli zalında "Mosfilm" kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunmuş film həftəsinin təntənəli açılış mərasimi olacaq. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "Mosfilm" kinostudiyasının nümayəndələri çıxış edəcəklər.
Həmin gün "Sevgi və göyərçinlər" ("Lyubov i qolubi") filmi göstəriləcək.
Kinosevərlərə həftə ərzində "Uğur centlmenləri" ("Centlmenı udaçi"), "İvan Vasilyeviç peşəsini dəyişir" ("İvan Vasilyeviç menyayet professiyu"), "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" ("Kafkazskaya plennitsa, ili novıye prikluçeniya Şurika"), "Moskva göz yaşlarına inanmır" ("Moskva slezam ne verit"), "Xidməti eşq macərası" ("Slujebnıy roman") və "Brilyant əl" ("Brilliantovaya ruka") filmləri nümayiş etdiriləcək.
Qeyd edək ki, nümayişlər pulsuzdur və arzu edənlər biletləri kinoteatrın kassalarından əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB