Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynovanın atası dünyasını dəyişib. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Hazırda mənim üçün danışmaq çox çətindir. Atamı itirdim. Bədbəxt hadisə gözləmədiyimiz anda baş verdi. Birdən-birə ürəyi dayandı. Həkimlər gələnə artıq atam vəfat etmişdi. Sabah Şəki şəhərində anamın yanında dəfn edəcəyik".
Qeyd edək ki, Kəmalə Hüseynovanın 82 yaşlı atası Müzəffər Hüseynov sabah saat 11:00-da doğulduğu Şəki şəhərində dəfn olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB