Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" mövzusunda iclas keçiriləcək. SİA-nın məlumatına görə, iclasın əsas müzakirə mövzusu "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dövlətin təhsil sisteminin inkişafında rolu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili zamanı strategiyada öz əksini tapmış əsas müddəaların tətbiqidir.
İclasın Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova, Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov, Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin sektor müdiri Asif Usubəliyev mövzu ilə bağlı məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, tədbirdə Mədəniyyət və Turizm və Təhsil nazirlikləri arasında əlaqələrin daha səmərəli təşkilinə həsr olunmuş müzakirələrin aparılması və əməkdaşlığın konkret istiqamətlərinin müəyyən olunması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB