Almaniyanın “Eurovision-2014” milli seçiminə əlavə etdiyi konsertin vaxtı müəyyənləşib

Almaniyanın “Eurovision-2014” milli seçiminə əlavə etdiyi konsertin vaxtı müəyyənləşib

"Eurovision-2014" mahnı müsabiqəsində Almaniyanın milli seçiminin final mərhələsi martın 13-də Köln şəhərində keçiriləcək. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Almaniyanın builki milli seçiminə əlavə etdiyi klub konsertinin vaxtı elan olunub. Fevralın 27-də Hamburqda keçiriləcək bu klub konsertində rəqabət aparacaq 10 istedadlı gəncdən biri "wild card"ın sahibi olmaqla milli seçimin final mərhələsinə vəsiqə qazanacaq.
"Wild card"ın sahibi Almaniya milli seçiminin final mərhələsində digər yeddi ifaçı ilə birgə mübarizə aparacaq.

Nəzərinizə çatdıraq ki, Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaqdır.

Qeyd edək ki, Almaniya "Böyük beşliy"in üzvü olduğundan ölkənin təmsilçisi matın 10-da keçiriləcək finalda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə