Türkiyə mədəniyyət abidələrini UNESCO-nun siyahısına salmaq istəyir

Türkiyə mədəniyyət abidələrini UNESCO-nun siyahısına salmaq istəyir

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz Mahmud Kaşğarinin "Divani lüğət-it-türk" əsərinin və Kültəpə kitabələrinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması üçün müraciət ediləcəyini bildirib. SİA-nın məlumatına görə, Türkiyə Milli Komissiyasının sədri müraciət üçün sənədləşmə işlərini martın 31-dək tamamlamaq fikrində olduqlarını və bundan sonra UNESCO-ya müraciət edəcəklərini vurğulayıb.

"Türk dilinin ərəb əlifbası ilə yazılmış lüğəti olan "Divani lüğət-it-türk" dilçilər üçün çox böyük əhəmiyyətə malik əsərdir", - deyən Ö. Oğuz bu yazılı abidəni təxminən 80 ölkənin alimlərini maraqlandıran bir mədəniyyət yaddaşı adlandırıb. Bildirilib ki, M. Kaşğarinin sözügedən əsərindən XI əsrdə, Kaşğardan Bağdadadək olan coğrafiyada məskunlaşmış ölkələr, xalqlar, onlar arasındakı əlaqələr barədə məlumat almaq mümkündür.

Qeyd edək ki, Ö. Oğuz diqqətə çatdırıb ki, Türkiyənin Kayseri rayonunda arxeoloji qazıntılar zamanı aşkarlanmış Kültəpə abidəsində isə qədim dünya sivilizasiyalarından olan şumerlər və hetlər barədə məlumatlar əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə