Hazırda İsraildə xərçəng xəstəliyindən müalicə olunan Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu sevənlərini kövrəldib. SİA-nın məlumatına görə, şair şəxsi səhifəsində Allaha müraciətlə şeir yazıb.
Şeirdə özü barədə bəzi nigarançılıqlarını ifadə edən Vaqif Səmədoğlunun sözlərində şikayət əlamətləri görünmür.
Sözügedən şeiri sizlərə təqdim edirik:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB