Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş "Gəncliyin səsi" festivalı başa çatıb. SİA-nın məlumatına görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Festivalın yekun konsertində, həmçinin Tural Məmmədli, Cavad Abrahe, Lauri Grendahl, İohan Sebastyan Bax, Məmmədağa Ümüdov və Karl Mariya Veberin əsərləri səsləndirilib.
Qeyd edək ki, əsərləri beynəlxalq müsabiqələr laureatları Mustafa Xəlilov, Emil Bağırov, Cəmilə Qarayusifli və Səbuhi Axundov ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB