Autizm xəstəliyi olan azərbaycanlı uşaqlar İstanbulun şəkillərini çəkəcəklər
Türkiyənin Qaziosmanpaşa şəhər bələdiyyəsinin fotoqraf və gəzinti klubu autizm xəstəliyi olan uşaqlara fotoşəkil dərslərinin keçilməsi ilə bağlı layihə hazırlayıb. SİA-nın məlumatına görə, Avropa İttifaqının Milli Agentliyi tərəfindən də dəstəklənən "Bir də bu çərçivədən bax" adlı layihə çərçivəsində beş ölkədən autizm xəstəliyi olan uşaqlar Qaziosmanpaşa şəhərinə toplaşıblar.
Azərbaycan, İngiltərə, Ukrayna və Albaniyadan Türkiyəyə gəlmiş və fevralın 9-dək Qaziosmanpaşada qalacaq 16 autizm xəstəliyi olan uşaq şəhərdəki bu xəstəliyə düçar olmuş uşaqlarla tanış olmaq imkanı əldə ediblər.
Səfər çərçivəsində bələdiyyənin əlillər mərkəzinin sağlamlıq imkanları məhdud uşaqları autizm xəstəliyi olan əcnəbi uşaqlar üçün səhnəciklər hazırlayıb nümayiş etdiriblər.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində autizmli uşaqlar, həmçinin Qaziosmanpaşa bələdiyyəsinin fotoqraf və gəzinti klubunun rəhbəri, tanınmış fotoqraf Abdulla Tezerden iki gün ərzində ustad dərsləri alacaqlar.
Qeyd edək ki, dərslərin sonunda təşkil olunacaq sərgidə İstanbuldan çəkilmiş fotoşəkillər təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB