“Qisas almadan ölmə”

Fevralın 18-də tanınmış kinorejissor, xalq artisti Oqtay Mirqasımovun C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan "Qisas almadan ölmə" tammetrajlı bədii filminin premyerası keçiriləcək. SİA-nın məlumatına görə, filmin süjeti 1819-cu ildən Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub.
Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alıb.
Ekran əsərinin çəkilişləri Azərbaycan, Gürcüstan və Almaniya ərazilərində aparılıb.
Filmin operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir.

Qeyd edək ki, bu ekran əsərində əsas rollarda xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər. Filmdə azərbaycanlı aktyorlarla yanaşı, məşhur alman və gürcü aktyorları da rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə