Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi M.İ. Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi Azərbaycan Violonçel sənətinə həsr olunmuş tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova, Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, media nümayəndələri və başqaları iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, tədbirdə Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, violonçel ifaçısı Eldar İsgəndərovun tərtibçisi və müəllifi olduğu "İki violonçel üçün" not məcmuəsinin təqdimatı olub.
Qeyd edək ki, sonda tədbir violonçel musiqisindən ibarət konsert proqramı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB