Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev İranda keçiriləcək 29-cu Beynəlxalq "Fəcr" musiqi festivalında iştirak edəcək. SİA-nın məlumatına görə, fevralın 13-dən 20-dək İranın Tehran şəhərində və daha 6 əyalətində keçiriləcək festivalda məşhur tarzəni Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı və gənc ifaçılar müşayiət edəcəklər.
Qeyd edək ki, festivalda iranlı tamaşaçılara 25-ə yaxın musiqi əsəri, o cümlədən Azərbaycan muğamları, xalq mahnıları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB